Ukrayna Krımdakı neft bazasını yandırıb | VİDEO

Ukrayna Krımdakı neft bazasını yandırıb    | VİDEO
  13 Oktyabr 2025    Oxunub:840
Ukraynanın Təhlükəsizlik Xidməti (UTX) və Xüsusi Əməliyyat qüvvələri oktyabrın 13-nə keçən gecə işğal altındakı Feodosiyada Rusiya hərbi infrastrukturuna bağlı hədəflərinə zərbələr endiriblər.
AzVision.az Ukrayna mediasına istinadən xəbər verir ki, PUA-ların hücumu Feodosiya Dəniz Neft terminalında ən azı beş saxlama çəninin yanmasına səbəb olub.

“Rusiya-Krım elektrik körpüsünün bir hissəsi olan 220 kV-luq Kafa yarımstansiyası da zədələnib. Güc transformatorları, daxili paylayıcı sistem, idarəetmə otağı və qoruyucu avtomatlaşdırılmış otaqlar zədələnib, gərginlik dalğalanmaları müşahidə edilib”, - xəbərdə deyilir.

Bundan əlavə, 330 kV-luq “Simferopol” yarımstansiyasında silsilə partlayışlar baş verib.
Hücumlar Krımda Rusiya hərbi əməliyyatlarına dəstək verən obyektləri hədəfə alıb.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   Krım   zərbələr  



Xəbər lenti